KARVAN-L GLASS

2008-ci ildən etibarən “KARVAN-L” şirkəti tikinti sahəsində istifadə olunan şüşə məhsulların istehsalına başladı. Hal-hazırda bura dinamik şəkildə inkişaf edən müəssisədir və onun məhsullarına həm Azərbaycanda həm də ölkə hüdudlarından kənarda yüksək tələbat mövcuddur. “KARVAN-GLASS” şüşə zavodunun bütün məhsulları yüksək keyfiyyəti və ekoloji təmizliyi ilə seçilir. Bütün məhsulların normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilmişdir. Bugün “KARVAN-GLASS” şüşə zavodu yüksək keyfiyyətli şüşədən hazırlanmış geniş çeşidli məhsullar təklif edir ki, buraya da aşağıdakılar daxildir təbəqə şüşə, tonlaşdırılmış şüşə, cihaz şüşəsi, şüşə paketlər, çoxlaylı zirehli şüşə, şüşə fasadlar, şüşə mebel, şüşə pilləkən və məhəccərlər. Bizim imkanlarımız və mütəxəssislərimizin bilik səviyyəsi öz mürəkkəbliyindən asılı olaraq, müxtəlif səviyyəli memarlıq həlləri yaratmağa imkan verir.
Müasir zavod avadanlıqları bizə şüşənin sənaye emalı ilə bağlı geniş spektrli xidmətlər göstərməyə imkan verir, məsələn şüşənin cilalanması, ölçüyə uyğun kəsilməsi, haşiyələrin işlənməsi, dəliklərin burğu ilə deşilməsi və s. Biz emal sənayesi üzrə yalnız müasir texnologiyalardan istifadə edirik ki, bu da bizə emal olunan səthlərin yüksək keyfiyyətini təmin etməyə imkan verir.

Yuxarı

Copyright © 2023 Maestro Studio. All rights reserved