KN-1 tipli kompozit böyük tutumlarda neftdən yüngül karbohidrogenlərin iqlim şəraitindən asılı olaraq itkisinin qarşısını alır.

Bu kompoziti başqalarından fərqləndirən əsas xüsusiyyəti onun sabunlaşmış Naften turşusu ilə Natrium karbometilsellülozun qarışığıdır ki, bu da böyük tutumlarda nazik dispers təbəqəni əmələ gətirməsidir. Bu təbəqə mexaniki möhkəm olmaqla neftin vertikal hərəkəti zamanı dağılmır.

«NAFTEN BOY MADDƏSİ» NBM

Neften boy maddəsi naften turşusu əsasında hazırlanır.Neften boy maddəsi əkin zamanı toxumları islatmaq yolu ilə, həmçinin tozlanma və çiçəklənmə dövründə bitkilərin üzərinə çilənmə yolu ilə istifadə olunur. NBM-in 0,01 0,4% -li sulu məhlulunun istifadəsi istər pambıq, əkin, istərsə də digər məhsulların məhsuldarlığını gözə çarpacaq dərəcədə artırır.

NBM təmin edir:

1.NBM xüsusilə bitkilərin inkişafının başlanğıc və tozlanma dövründə daha effektiv təsir göstərir. Bundan başqa effektiv təsir bitkilərin təbiətindən, torpaqdan və s. amillərdən də asılıdır. NBM bitkilərin inkişafını orta hesabla 20-25% sürətlə artırır. Ən aşağı artım 20%, ən yüksək artım isə 100%-dən çox olmuşdur.

2.NBM bitkilərin məhsuldarlığını artırır. Həmçinin bu maddədən istixanalarda istifadə etdikdə məhsuldarlıq 40%-dən çox ola bilir.

3.NBM ekstremal şəraitlərdə müxtəlif xəstəliklərə qarşı bitkilərin müqavimətini artırır.


Yuxarı