Giriş

Təqdim olunan layihə ideya olaraq “Karvan-L” Şirkətinin prezidenti Əbülfəz Qafarov tərəfindən irəli sürülmüş, “Karvan-L” Şirkəti tərəfindən layihələndirilərək reallaşdırılmışdır. Qeyd etmək lazımdır ki, layihənin reallaşdırılması zamanı istifadə və tətbiq olunan bütün zəruri material və detallar “Karvan-L” Şirkətində hazırlanmış və quraşdırılmışdır. Layihənin müəlliflik hüquqları “Karvan -L” Şirkətinə məxsusdur və beynəlxalq qanunvericiliklə qorunur.

Üstünlüklər

Funksionallığı və etibarlığı ilə seçilən layihə istər texniki, istərsə də görünüş etibarı ilə bir sıra üstünlükləri özündə birləşdirir. Belə ki, balıq formasında olan layihə qeyri-adi dizaynda olub cəlbedici görüntüyə malikdir. Bu cür görüntüyə malik olma onu istər yerli, istərsə də xarici bazarlarda turizmin inkişaf etdirilməsində bir vasitə ola bilər.

Layihənin texniki üstünlükləri ondan ibarətdir ki daşıyıcı konstruksiyası sökülüb yığılandır, külək, qar o cümlədən seysmik təsirlərə qarşı digər konstruksiyalardan fərqli olaraq davamlıdır.

Layihənin təsviri

Videoçarxda təqdim olunan layihə “Karvan-L” Şirkətinin istehsal sahəsində uzunluğu 25 metr olmaqla pilot layihə kimi reallaşdırılmışdır.

Layihənin tətbiqi zamanı isə optimallıq və praktiklik nöqteyi nəzərindən uzunluğu 75 metr olan versiyasının inşası nəzərdə tutulub. Belə ki, bu versiyada layihənin uzunluğu 75 metr, eni 14 metr, hündürlüyü 13 metr, sahəsi isə 650 m2–dir. Nəzərdə tutulan layihə videoçarxda uzunluğu 25 metr olan pilot layihə ilə müqayisədə sahə etibarı ilə 9-10 dəfə böyükdür.

Layihənin icrasında quraşdırılacaq havalandırma, işıqlandırma, isitmə-soyutma sistemləri tikinti normalarına uyğun olaraq həyata keçirilir. Layihənin interyer dizaynı sifarişçinin istəyindən asılı olaraq, müxtəlif formalarda işlənə bilər. Layihəni dəniz, göl, çay kimi müxtəlif su hövzələrinin üzərində inşa etmək daha məqsədə uyğundur.

Layihənin istifadə məqsədindən asılı olaraq daxili quruluşunun müxtəlif təyinatlar üzrə planlanması mümkündür. Belə ki, əgər layihə balıq mərkəzi və ya əyləncə mərkəzi kimi istifadə olunarsa baş tərəfində mətbəx, quyruq hissəsində isə sanitar qovşaqlar və texniki otaqların

yerləşdirilməsi nəzərdə tutulub. Belə olan halda, obyektin daxilində eyni vaxtda 270-300 adama xidmət göstərmək imkanı olacaqdır.

Layihənin təyinatı və aktuallığı

Qeyd olunan layihənin sifarışçinin istəyinə və istifadə təyinatına uyğun olaraq müxtəlif məqsədlər üçün inşa edilməsi mümkündür. Bu baxımdan layihə, sağlam qida restoranı – balıq mətbəxi, ekzotik balıqlar salonu, okeanarium, su dünyasının tədqiqat mərkəzi, su aləminin tədqiqatçılarının müzeyi məqsədləri üçün istifadə edilə bilər.

Layihə özlüyündə ünikal heyranedici görüntüyə malikdir və tikili olaraq dünyada analoqu yoxdur. Son zamanlar dünyada okean, dəniz və çay qida məhsullarına böyük ehtiyac və maraq olduğundan bu layihənin reallaşdırılması aktualdır. Eyni zamanda, bu layihə böyük şəhərlərdə balıq satışı mərkəzinə çevrilə bilər. Sualtı dünyanın araşdırılması daima bəşəriyyəti cəlb edən sahələrdən biri olduğundan, layihənin tədqiqat mərkəzi və ya muzey kimi də istifadəsi mümkündür. Ümumilikdə Layihə özündə modern texnoloji üstünlükləri və Hi-Tech innovativ tətbiqləri ehtiva edir.

“Karvan-L” Şirkəti tərəfindən layihənin icrasından sonra 5 il müddətində texniki xidmətin göstərilməsi də nəzərdə tutulmuşdur.


Yuxarı