Təzyiqə davamlı ATP polietilen kanalizasiya boruları
Aşağı təzyiqli polietilendən (ATP) hazırlanmış, təzyiqlərə davamlı kanalizasiya boruları, atmosfer təzyiqi 5-dən 20-yə qədər olan kanalizasiya sistemləri üçün nəzərdə tutulub. Bu növ borularınhazırlanmasmda ilkin xammal qismində QOST 18599-2001 standartına cavab verən PE 100, ya da PE 80 markalı ATP qranullarından istifadə edilir. Aşağı təzyiqlər üçün nəzərdə tutulan polietilen kanalizasivaborularından fərqli olaraq, diametri 100 millimetrə və divarın qalınlığı 8 millimetrə qədər olan bu boruları hündürlüyü 200 metrə qədər olan buxtalarda quraşdırmaq mümkündür.
Biz, təzyiqli kanalizasiya sistemi şəbəkələri üçün keyfiyyətli polietilen (ATP) borular təklif edirik. Təchiz etdiyimiz kanalizasiya boruları,texniki xarakteristikalar və SDR-dən asılı olaraq, 50 illik zəmanət müddəti ərzində bəyan edilmiş təzyiqə davam gətirəcəkdir!

Biz,yüksək təziyqlərə davamlı ATPpolietilen kanalizasiya borularını ucuz qiymətlərlə satışını təşkil edirik və daimi müştərilərimizə, habelə tərəfdaşlarımıza sərfəli güzəştlər təklif edirik! Boruların inşaat obyektinizə və ya Azərbaycanın regionlarında yerləşən anbarınıza çatdırılmasında köməklik göstərə bilərik.

Texniki polietilen boru, texniki ATP boru
ATP-dan hazırlanmış texniki polietilen boru, TU 2248-002-50930589-2005 standartına əsasən ikinci dərəcəli (aşağı təzyiqli polietilen qalıqlarından emal olunmuş) xammaldan hazırlanır.

Bu borular, adətən torpağın altından kabellər və telefon xətlərinin çəkilməsi üçün istifadə olunmaqla yanaşı, istənilən (qeyri-ərzaq) maye və dənəvər materiallar üçün qoruyucu örtük vədaşmma kanalı kimi istifadə oluna bilər. Texniki ATP borusunun təkrar xammaldan hazırlanmasına baxmayaraq, o, uzunömürlülük, elastiklik, kimyəvi birləşmələrə qarşı davamlılıq kimi xüsusiyyələrini itirmir.

Polietilen kanalizasiya borularının istehsal texnologiyası
Polietilen kanalizasiya boruları ekstruziya metodu ilə istehsal olunur. Texnoloji dövr aşağıdakı əməliyyatlardan ibarətdir:

1. Ekstruziya, yəni polietilen kütlənin tədricən sıxılması

2. Boru yarımfabrikatının fasiləsiz olaraq kalibrləyici başlığa ötürülməsi.

3. Verilmiş şablon cədvələ əsasən boruların hazırlanması.

4. Polietilen borunun soyudulması.

5. Poletilen boruların qablaşdırılması və markalanması.

Polietilen kanalizasiya borularının iki alt növü var:

– YTP (yüksək təzyiqli polietilen).

– o ATP (aşağı təzyiqli polietilen).

Polietilen boruların istehsalı
Bu iki növ polietilen borular kanalizasiya sistemlərinin çəkilməsi üçün istifadə olunur, fərq yalnız istifadə şərtləri ilə xarakterizə oluna bilər.

Polietilen kanalizasiya borularının quraşdırılması

Polietilen kanalizasiya borularının asan quraşdırılması və zaman sərfiyyatmın az olması, bu boruları əksər quraşdırıcı şirkətlər üçün daha cəlbedici edir.
Həmçinin, daxili kanalizasiya sistemlərinin quraşdırılmasmda polietilen kanalizasiya borularının sadəliyini də qeyd etmək lazımdır. Bu halda,demək olar ki, xüsusi avadanlığın istifadəsinə ehtiyac qalmır.

PE borular üçün fasonlu hissələr

Polietilen borular əsasında xarici boru kəmərlərinin çəkilməsi, metal borularının çəkilməsindən kifayət qədər tez başa gəlir. Bunun səbəbi polietilen boruların baş- başa calanmaqla qaynaq edilməsi metodu ilə bağlıdır.

Qaynaq ərzində:
– az material sərf olunur;
– metal borularla müqayisədə calaqların sayı 5 dəfə az olur;
– bununla da qaynağın sürəti artır;
– eyni zamanda, qaynaq tikişinin keyfiyyəti yüksək səviyyədə qalır.

Peşəkar məsləhət:

Polietilen kanalizasiya boruları həm ənənəvi tranşeya metodu ilə, həm də polietilen boruların köhnə metal boru kəmərinin daxilində çəkilməsi yolu ilə quraşdırıla bilər.

Quraşdırma prosesi

Qeyd edilənlər, polietilen boruların əsas texniki xüsusiyyətləridir. Sonda isə qeyd etmək lazımdır ki, PE kanalizasiya borularınmyüngül çəkisi, praktikada ixtisaslaşdırılmış yükqaldırma texnikasının istifadəsindən imtina etməyə imkan verir ki, bu da boruların quraşdırılması ilə bağlı xərcləri azaldır.


Yuxarı