İşlənmiş avtomobil təkərləri ətraf mühiti uzun müddət ərzində çirkləndirən mənbə hesab olunur. Təkərin emalı və utilizasiyası zamanı təkər tullantılarından rezin qırıntıları alınır və həmin qırıntılar döşəmələrə sərilən xalçalar və ayaqqabı altlığı, idman, oyun və uşaq meydançaları üçün tikişsiz örtük istehsalında tətbiq edilir.

İstehsal kompleksi, gün ərzində 5 tona qədər xammalı emal edə bilən, kompleks qurğunu özündə birləşdirir.

Şinlərin emalı prosesi:

1. Birinci mərhələ: şin hərtərəfli yoxlamadan keçirilir. Onun üzərində şiplər və emala yararsız digər elementlər olmamalıdır.

2. Daha sonra şinlər xırda seqmentlərə doğranır, onların ölçüsü təxminən 20×20 sm təşkil edir.

3. Doğrandıqdan sonra, bu seqmentlər konveyerin köməyi ilə şreder qurğusuna ötürülür və burada daha xırda hissəciklərə bölünür; burada həmçinin rezindən bort məftili və digər metal hissələr çıxarılır.

4. Bundan sonra material rotorlu doğrayıcıya ötürülür, burada isə son fraksiyaya qədər doğranır və əlavə olaraq, metal korddan təmizlənir.

5. Son fraksiyaya çatdırılan material, separasiya sistemindən buraxılır və burada onun tərkibindən tekstil kord çıxarılır. Əlavə olaraq metal kordun təmizlənməsi həyata keçirilir.

6. Tam təmizləndikdən sonra, material dəyirmi vibroələkdən keçirilir.

Hal hazırda avtomobil şinlərinin iki emal istiqaməti mümkündür.

Birinci variant – avtomobil şinlərindən rezin qırıntıların istehsalı.

Emal məhsulu (rezin qırıntı) bir çox müəssisələr tərəfindən müxtəlif məqsədlərlə istifadə olunur. Rezin qırıntılarının əsas istifadə istiqamətləri aşağıdakılardır:

yeni avtomobil şinlərinin istehsalı zamanı qatışıqlara əlavə
edilməsi;
asfalt-bitum örtüklərinin istehsalı zamanı qatışıqlara əlavə edilməsi;
dam örtüyü və örtük materiallarının istehsalı;
idman örtüklərinin istehsalı;
tramvay və dəmiryol keçidlərinin örtüyü.
Rezin qırıntıları rezin-texniki məmulat zavodları, şin zavodları, yol təmiri ilə məşğul olan müəssisələr, qırıntını qiymətli kauçukun əvəzedicisi, habelə sorbent kimi istifadə edən neft-kimya müəssisələri tərəfindən tələb olunur. Rezin qırıntısının perspektiv istifadə istiqamətlərindən biridə avtomobil yollarının düzəldilməsidir. Qırıntının yol örtüyünün tərkibinə daxil edilməsi işlərin maya dəyərini xeyli azaldır və belə örtüyün xidmət müddətini artırır.

İkinci variant – təkərlərdən mazutun istehsal edilməsi. Üzdən bərk görünən təkərlər əslində mazut istehsalı üçün çoxlu miqdarda ilkin materiala malikdir. Belə ki, 2,5 ton köhnə təkərdən 1 ton mazut alınır.

Metallokord

Metallokord və ya metal kord — köhnəlmiş şinlərin emalı nəticəsində alınan məhsuldur.

Metal kordun tətbiq edilmə sahələri:

inşaat konstruksiyalarında metal qırıntısı və möhkəmləndirici material kimi.
bünövrələrin qoyulmasında, beton yolların, giriş yollarının istehsalında.
obyektlərin xarici səthinin suvaqlanması üçün.
Tekstil kordu

Tekstil və ya tekstil kordu rezin hissəcikləri olan kord lif saplarından ibarətdir.

Tekstil kordunun tətbiq olunduğu sahələr:

Neft və qaz quyularında tamponlayıcı qarışıqlara əlavə edilmək üçün istifadə olunur.
səsboğucu lövhələrin istehsalı üçün qızdırıcı kimi.
Dağılmış neft məhsullarının, yağların və başqa zəhərli mayelərin təmizlənməsində istifadə olunan yaxşı adsorbentdir.
Sendviç panellərin istehsalı zamanı istiliyi izolyasiyaedici kimi.
Fibrobeton istehsalında fibra kimi.
Müxtəlif növ məmulatlar (idman avadanlığı, döşəklər, matlar) üçün doldurucu kimi.


Yuxarı