“Karvan-L EKO” MMC Azərbaycanda təbii andezitin tədarükünü həyata keçirən ilk şirkətdir.

Bazamızda bağ yollarının, su kaskadlarının döşənməsi, dayaq divarların üzlənməsi üçün müxtəlif qalınlıqda və ölçülərdə, unikal təbii təsvirə malik yastı andezit və yonulmamış tikinti daşı (materialların təbii radioaktivliyinin I dərəcəsi üzrə, 22132-76 dövlət standartı) həmişə vardır (heç bir məhdudiyyət olmadan bütün tikinti növləri).

Biz Ağstafada yerləşən anbarımızdan yüksək keyfiyyətli təbii daşlar, həmçinin onların dəmir yolu və avtomobil nəqliyyatı vasitələri ilə dünyanın bütün nöqtələrinə çatdırılmasını təklif edirik.

Andezit yüksək turşuluğa və istiliyə, oda davamlılığa, mexaniki möhkəmliyə və qatılığa malikdir. İnşaat və bəzək daşı kimi istifadə edilir. Ədədi daşlardan başqa, andezit, həmçinin turşuya davamlı sementlərin və betonların hazırlanması üçün toz və çınqıl şəklində də istifadə olunur. Eyni zamanda, andezitdən qara çini istehsalında istifadə edirlər.

Andezitlər ən qəribə naxış və rənglərdə olur. Bu daşlarda təkrarlanan şəkil tapmaq mümkün deyil, daşın hər bir lövhəsi öz-özlüyündə unikaldır. Xüsusilə heyvan və ya bitkiləri (dendritlər) xatırladan təsvirlər olan daşlar yüksək qiymətləndirilir. Bu cür müxtəlif təbii ornamentlər istənilən binanın bəzəyi olacaq.

Struktur və morfologiyasına görə ANDEZİT Diorit və Bazalta yaxındır.

Andezit vulkan mənşəli dağ süxurudur.

Daşın adı onun geniş yayıldığı And dağları (Cənubi Amerika) ilə bağlıdır.

Andezit daşı – normal qələviliyə malik vulkanik dağ süxurudur və tərkibində 55%-dən 62%-ə qədər silisium oksid var.

Açıq-boz, çəhrayı, yaşıl, açıq-qəhvəyi rəngdə daşlara rast gəlinir.

Şübhəsiz ki, təbii daş ən qədim üzlük materialdır. Müasir dövrdə geniş həyət evləri və müasir kotteclər üçün təbii daş daha çox uyğundur. Daşdan istifadə edilməsi onun möhkəmlik, xarici mühitə dayanıqlılıq, əhəmiyyət, dekorativlik, uzunömürlülük kimi unikal xüsusiyyətlərə malik olmasından irəli gəlir.

Tikililərin fasadlarının andezitlə üzlənməsi onlara qədimlik və tarixilik bəxş etməklə zahiri görünüşünü tamamilə dəyişdirir. Belə ki, darıxdırıcı kərpic və ya beton bina dizaynerin nəfis işi sayəsində asanlıqla qədim qəsrə və ya malikanəyə çevrilir.

Daşla məharətlə işlənmiş hasar – gözəl, uzunömürlü, etibarlı tikilidir, istənilən təbii landşaftla gözəl ahəng təşkil edir. Belə hasar həmişə ev sahibləri, qonşular və qonaqlar üçün estetik zövq predmeti olacaqdır.


Yuxarı