Şaxtaya davamlılıq və yüksək möhkəmlik, rütubət və kimyəvi maddələrə qarşı davamlılıq kimi üstünlüklərə malik olan polietilen, bir çox tara və kabel, inşaat və qablaşdırma materiallarının istehsalçıları arasında çox populyardır.

Polietilenin təkrar emalı

Polietilenin parçalanması olduqca uzun sürən prosesdir və bu səbəbdən, onun utilizasiyası üçün polietilenin təkrar emalı təklif edildi. Bu isə məişət və sənaye çənləri, plastik panellər, hətta zibil qablarının istehsalı üçün xammalın əldə edilməsinə imkan verir. Artıq uzun illərdir ki, şirkətimiz polietilenin təkrar emalı ilə məşğul olur və buna görə də, sizə təkrar polietilenin keyfiyyətli qranullarım təklif edə bilər. Bu qranullar ikinci dərəcəli materialların təkrar emalı və təmizlənməsi prosesində hasil edilir və yeni, möhkəm, uzunömürlü məhsulların istehsalında sərbəst istifadə oluna bilər.

Polietilenin təkrar emalı prosesi

İkinci dərəcəli aşağı təzyiqli polietilen (ATP) qranullarmm istehsalı üçün, şirkətimizdə polietilen məmulatların tullantılarından və istifadəyə yararsız məhsullardan, həmçinin unikal texnologiyalardan istifadə olunur. Polietilenin ikinci dərəcəli təkrar emalı tullantıların emalı üzrə bir neçə ardıcıl dövrdən ibarətdir və aşağıdakı mərhələlərə bölünür:

Polietilenin ikinci dərəcəli təkrar emalı tullantıların emalı üzrə bir neçə ardıcıl dövrdən ibarətdir və aşağıdakı mərhələlərə bölünür:

1. Polietilenin digər məişət tullantılarından ayrılması

2. Polietilen tullantılarının xüsusi yuyucu maşınlara yüklənməsi.

3. Xammalın sonradan doğranması üçün doğrayıcı qurğuya göndərilməsi.

4. Artıq rütubətin, qalmış sərt qatqıların ləğv edilməsi üçün, tullantıların sentrifuqada emalı.

5. Materialların yuyulması, daha sonra qurudulması və xüsusi kameralarda termiki emalı.

6. Yeni məmulatların istehsalı üçün, ikinci dərəcəli elastik polietilen qranullarının istehsalı.

ATP qranullan və onların üstünlükləri
Karvan-L Eko” şirkətinin təklif etdiyi ATP qranullan mükəmməl xüsusiyyətlərə, eyni zamanda aşağıdakı üstünlüklərə malikdir:

1. Qiyməti ucuz olmaqla yanaşı, ilkin plastikin bütün xüsusiyyətlərinə malikdir

2. Müxtəlif məhsullann istehsalı üçün istifadə olunur 3 .Cınlma, dartılma və sıxılmalara çox davamlıdır

4. Rütubət keçirmir və ətraf mühit üçün təhlükəsizdir.

Yüksək Təzyiqli Polietilen

Yüksək təzyiqli polietilen – “etilen” (eten) karbohidrogen birləşməsinin yüksək temperaturlarının (18000C-yə qədər) təsiri, 3000 atmosferə qədər təzyiq altında və oksigenin iştirakı ilə polimerləşdirilmə metodu ilə əldə edilən termoplastik polimerdir. YTP müasir insanın bir çox fəaliyyət sahələrində tətbiq edilən yüngül, möhkəm, elastik materialdır. Belə ki, digərləri ilə müqayisədə zəif molekuldaxili əlaqələrə, bununla da digər növ polimerlərdən daha aşağı sıxlığa malik olduğuna görə aşağı sıxlıqlı polietilen (ASP) adlandırıla bilər. Həmçinin onun işarələnməsi üçün LDPE abbreviaturasından istifadə edilir ki, bu da ingiliscədən ASP mənasını verir.

Kimyəvi və fiziki xüsusiyyətlərin uğurlu seçimi sayəsində YSP qranullan aşağıdakı istehsal sahələrində tətbiq edilir:

– ASP plyonkalar, açıq, habelə kisə və paketlər üçün qolluq formasında YSP,
– yüksək təzyiqin təsiri altında tökmə yolu ilə ASP plastmas məmulatlar (polimer borular, texniki detallar və s.),
– üfürmə üsulu ilə hazırlanan məmulatlar (butulkalar, kanistrlər və s.),
– köpüklü ASP-dən istilik izolyasiyası materialları,
– elektrik izolyasiya materialları


Yuxarı