Hazırda insan fəaliyyətinin, demək olar ki, heç bir sahəsi polietilen örtüksüz keçinmir. Polietilen örtük yüksək təzyiqli polietilendən ekstruziya yolu ilə hazırlanır.

Bizim istehsalatda yalnız ən yüksək keyfiyyətli xammaldan istifadə edilməsi sayəsində Sizə təklif etdiyimiz polietilen örtük zərbə təsirinə davamlı və əla istilik keçirməyən materialdır.

Polietilen örtük tikinti və təmirdə, kənd təsərrüfatında, habelə qablaşdırma kimi geniş istifadə olunur.

Tikintidə polietilen örtüklər döşəmələrə beton tökülərkən su keçirməyən qat kimi, dam örtüyü işlərində buxar keçirməyən material kimi, bünövrələrin izolyasiyası, həmçinin inşaat körpülərinin əlverişsiz hava şəraitindən qorunması üçün istifadə olunur. Tikinti meydançalarında müvəqqəti konstruksiyaların və tikililərin quraşdırılması zamanı, inşaat materiallarının üzərinin örtülməsi və inşaatçıların məişət ehtiyacları üçün polietilen örtük əvəzolunmazdır.

Təmir zamanı polietilen örtük boya, suvaqlama və digər işlər aparılan sahələrdə döşəmə və divarların qorunması üçün istifadə olunur.

Kənd təsərrüfatında polietilen örtük, xüsusilə də qara rəngli örtük, torpağın mulçalanması, silos quyularının düzəldilməsi, toxumların qidalandırıcı örtüklə örtülməsi zamanı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması və saxlanılması üçün istifadə edilir.

Meliorasiyada və kənd təsərrüfatının su təchizatında polietilen örtük süni göllərin yaradılması zamanı istifadə olunur və suyun suvarma kanallarından və nohurlardan axıb getməsinin qarşısını alan maneə rolunu oynayır.

Polietilen örtüyün texniki xarakteristikaları
Biz həm polietilen plyonka, həm də xortum, yarıxortum və lent formasında ultrabənövşəyi şüalara davamlı plyonka istehsal edirik. Bizim istehsal avadanlığı müxtəlif texniki xarakteristikalara malik yüksək keyfiyyətli polietilen plyonka istehsal etməyə imkan verir.

1. Qalınlığı

Polietilen örtüyün əsas texniki xarakteristikalarından biri onun qalınlığıdır. Biz sizə 30 mkm-dən 250 mkm-dək qalınlıqda polietilen örtük təklif edə bilərik.
40, 60, 80, 100, 120, 150 və 200 mkm qalınlıqlar standart qalınlıqlardır. 30-250 mkm diapazonunda istənilən digər qalınlıqlar sifarişlə hazırlanır.

2. Eni

Digər vacib xarakteristikalardan biri də örtüyün enidir. Biz sizə 300 mm-dən 6000 mm-dək endə polietilen örtük təklif edə bilərik.
Aşağıdakı enlər standartdır:

– xortum, yarıxortum 1,5 metr (açıldıqda 3 metr);

– xortum, yarıxortum 2 metr (açıldıqda 4 metr);

– xortum, yarıxortum 3 metr (açıldıqda 6 metr).

300 mm-dən 6000 mm-dək diapazonda istənilən digər enlər sifarişlər hazırlanır.

3. Uzunluğu


Yuxarı