Neft və qaz hasilatı zamanı ətraf mühitin qorunmasında yaranan ən böyük problemlərdən biri torpağın neft və neft məhsulları ilə çirklənməsidir. Neft və neft məhsulları torpaq örtüyünün ekoloji vəziyyətini pozur və bütünlüklə biosenozun strukturunu deformasiyaya uğradır. Neftemalı və neftayırma zavodlannda baş verən qəzalar nəticəsində torpaq küllü miqdarda neft və neft məhsulları ilə çirklənir. Ekoloji qəza baş vermiş rayonda ətraf mühitin təmizlənməsi və bərpası ya çirklənmiş torpağın kimyəvi və bioloji yolla təmizlənməsi hesabına, ya da onun xüsusi poliqonlarda basdırılması yolu ilə həyata keçirilir. Neftlə çirklənmiş torpağın kənarlaşdırılması təkcə ərazidə birbaşa texnoloji obyektlərə təsiri olan sanitar vəziyyətin deyil, həm də Ətraf mühit – hava və suyunda əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olur.

Torpaqda neft karbohidratlarının intensivliyi və xarakteri karbonun yeganə mənbəyi kimi mənimsənilən karbohidrogenoksidləşdirici bakteriyaların funksional aktivliyi ilə müəyyən edilir.

Bioloji və ya xüsusi poliqonlarda basdırılma metodlarından geniş istifadə olunmur. Belə ki, birinci üsul torpağın 5-10%-dən daha çox çirkləndiyi halda effektiv deyil, ikinci üsul isə böyük miqdarda torpaqların itkisi ilə nəticələnir.

Son illər «Karvan-L» şirkətinin əməkdaşları tərəfindən səthi-aktiv maddə əsaslı «KL500SA» kompozisiya tərkibləri işlənib hazırlanmışdır. Reagent hidrosiklon qurğularda uğurla sənaye sınağından keçmiş və reagentin effektivliyi 20-25 mq/l norma sərfində 98-99% təşkil etmişdir.


Yuxarı