Təyinatı: duru natrium sabunu ( mılonaft) antiseptik yuyucu vasitə almaq üçün isifadə olunur.

Suda zəif hidroliz nəticəsində ipəyin, yunun yuyulması üçün, xovdan olan təbii dərilərin aşılanması və təmizlənməsi üçün effektivdir. Naftenat-natriumun 40%-li məhlulu alaq otu ilə mübarizədə yaxşı herbesiddir, bitkilərin böyüməsinin stimulyatorudur, məhsuldarlığı 10-20% yüksəldir. Naftenat natrium kəsici dəzgahların soyudulması üçün emulsolun (SOJ) əsas kompanentdir. Bundan başqa, naftenat natrium sementlərə hidrofobintensifikasiyaedici əlavənin əsas kompanentidir, sementin möhkəmliyini, saxlama zamanı qorunmasını, hidrofobizasiya olunmuş sementin 96-98% aktivliyini və həmçinin aqressiv mühitlərdə və 15-25% növbə ilə dondurulma və donu açılma şəraitində kapilyar sorulmanın aşağı düşməsini təmin edən üyütmənin xırdalığını və vaxtını 30-40% ixtisar edir.

1) Xarici görünüşü: tünd-qəhvəyi.
2) Neft turşularının kütlə payı: 45,4% dən az deyil.
3) Sabunlaşmayan maddələrin kütlə payı: 1,6 %-dən çox deyil.
4) Turşu ədədi: 240-dan az olmayaraq 249 neft turşularını 1 qr. neytrallaşdırılması üçün 1 mq. KOH- sərf olunur.


Yuxarı