“KARVAN-L EKO” şirkətinin keramika kirəmitlərinin istehsalı demək olar ki bu məhsulun dünya brendlərinin istehsal olunduğu qaydada həyata keçirilir: kirəmitlər təbii materiallardan (su və gil) hazırlanır. Bu komponentlər qarışdırılır, daha sonra isə qurudulur və yüksək temperaturda bişirilir. Materiala heç bir yad komponent əlavə edilmir, onun tərkibində hətta boya da olmadığı üçün kirəmitin təbii rəngi zamanla günəş şüalarının təsiri nəticəsində yanır.

Təbii kirəmit kimi material sayəsində Sizin eviniz etibarlı dam örtüyünə malik olacaq, belə dam örtüyü onun təmiri ilə bağlı sonsuz qayğı və xərc mənbəyinə çevrilməyəcək, əksinə, istənilən pis hava şəraitində evinizi qoruyacaq.

KERAMİK KİRƏMİTİN ƏSAS FİZİKİ-TEXNİKİ XÜSUSİYYƏTLƏRİ:

– Odadavamlılıq, istehsal prosesində hər bir kirəmit yüksək temperaturda (təqribən 1200C-də) bişirilir.

– Ətraf mühitin aqressiv təsirlərinə (turşu yağışları, günəş radiasiyası, UB-şüalanma) dayanıqlıdır.

– Sağlamlıq üçün təhlükəli olan statik elektrik toplamır, buna görə metal dam örtüyündən fərqli olaraq, torpaqlama qurğusu tələb etmir.

– Yüksək səsudma qabiliyyəti – kirəmitin səthi membrandan ibarətdir, kirəmit kütləsi baraban effektini aradan qaldırmaqla səsi udur. Bu, xüsusilə mansardlı yaşayış sahələri üçün vacibdir.

– Aşağı istilikkeçirmə qabiliyyəti. Kirəmitin bu xüsusiyyəti yayda evin qızmar günəş şüaları altında həddindən artıq qızmasının qarşısını alır, qışda isə enerjiyə qənaət etməyə kömək edir.

– Buxarkeçirmə. Yaşayış evində yolverilməz olan izafi rütubətin, nəticə etibarilə isə binanın daxilində rütubət kondensatının yaranmasının qarşısını alır.

– Ekoloji cəhətdən təhlükəsizdir – kirəmit insan sağlamlığı üçün tamamilə zərərsiz olan ekoloji təmiz materialdan hazırlanır.

– Kirəmit örtüyü korroziyaya məruz qalmır, bu səbəbdən kirəmitin xidmət müddəti orta hesabla ən azı 100 ildir.

– Şaxtaya dayanıqlılıq. Sıxılma və yüksək temperaturda bişmə nəticəsində suyun hopma səviyyəsi 0,5%-dən çox deyil, buna görə kirəmit örtük hətta ən güclü şaxtaya da qarşı dayanıqlıdır.

– Damaltı məkanın lazımi havalandırılmasını təmin edir.

– Əyilməyə qarşı yüksək dayanıqlılıq (dağıdıcı yüklənmə ən azı 250 kq – təbii qranit kimi möhkəmdir (Moos şkalası üzrə 7).

– Əlverişlilik

– Rəngin qorunması – qoruyucu rəng piqmenti matrisa birləşmələri sayəsində kirəmitdən yuyulub silinmir, kirəmitin rəngi solmur və uzun illər ərzində parlaqlığını qoruyub saxlayır.
DAM ÖRTÜYÜ ÜÇÜN MƏHSULLAR VƏ AKSESSUARLAR

“Marsel” lövhəsi
Artikul Ad Ölçülər 1m2/ədəd 1 ədədin çəkisi
VK-01 “Marsel” lövhəsi 420x210x150 mm 15 ədəd 2.80 Kq
“Qranada” lövhəsi
Artikul Ad Ölçülər 1m2/ədəd 1 ədədin çəkisi
VK-02 “Qranada” lövhəsi 400x250x150 mm 15 ədəd 2.50 Kq
“Valensiya” lövhəsi
Artikul Ad Ölçülər 1m2/ədəd 1 ədədin çəkisi
VK-03 “Valensiya” lövhəsi 400x250x150 mm 15 ədəd 2.50 Kq
Üçbucaqlı üst üfüqi til
Artikul Ad Ölçülər 1m/ədəd 1 ədədin çəkisi
VK-04 Üçbucaqlı üst üfüqi til 410x190x150 mm 3 ədəd 3.00 Kq
Enli üst üfüqi til
Artikul Ad Ölçülər 1m/ədəd 1 ədədin çəkisi
VK-05 Enli üst üfüqi til 410x170x150 mm 3 ədəd 3.10 Kq
Cərgəli üst üfüqi til
Artikul Ad Ölçülər 1m/ədəd 1 ədədin çəkisi
VK-06 Cərgəli üst üfüqi til 400x250x150 mm 3 ədəd 3.10 Kq
Oval üst üfüqi til
Artikul Ad Ölçülər 1m/ədəd 1 ədədin çəkisi
VK-08 Oval üst üfüqi til 410x190x150 mm 3 ədəd 3.00 Kq
Başlanğıc üst üfüqi til
Artikul Ad Ölçülər 1 ədədin çəkisi
VK-07 Başlanğıc üst üfüqi til 360x200x150 mm 2.00 Kq
Üçlü üst üfüqi til
Artikul Ad Ölçülər 1 ədədin çəkisi
VK-09 Üçlü üst üfüqi til 410x170x150 mm 3.40 Kq

DAM ÖRTÜYÜNÜN QURAŞDIRILMA SXEMİ

“KARVAN-L EKO” Cənubi Qafqazda təbii keramika kirəmiti istehsal edən ilk şirkətdir. Bizim şirkətimizdən keramika kirəmitləri əldə etməklə, siz istənilən təsirlərə qarşı dayanıqlı olan möhkəm və etibarlı dama malik olursunuz və sadə qaydalara riayət etdikdə, o, sizə bir çox onilliklər ərzində etibarla xidmət edəcək.

Belə şərtlərdən biri kirəmitin düzgün döşənməsidir. Təkcə keyfiyyətli tikinti materialı əldə etmək azdır – onu gələcək istismar üçün peşəkarlıqla hazırlamaq lazımdır. Müəyyən tikinti işləri qeyri-peşəkarlar tərəfindən həyata keçirilə bilər. Ancaq bu, keramika kirəmitinin montajına aid deyil. Bu işi təcrübəli dam ustalarına etibar etmək lazımdır. Axı damın vurulması texnologiyasından ən kiçik sapma gözlənilməz, bəzən isə kifayət qədər xoşagəlməz nəticələrə gətirib çıxara bilər.

Biz müştərilərə kömək edir və hər bir sifarişçinin istəklərini və maliyyə imkanlarını nəzərə alaraq hər zaman dam örtüklərinin komplektasiyası və quraşdırılması üzrə ən optimal və münasib variantları seçməyə çalışırıq. Mütəxəssislərimiz dam örtüyü materialının seçiminə dair məsləhət verəcək, montaj zamanı material sərfinin optimallaşdırılmasını nəzərə almaqla hərtərəfli hesablamalar aparacaq, həmçinin damın konstruksiyasındakı mürəkkəb hissələrlə bağlı optimal konstruktiv həllər təklif edəcəklər.

Dam örtüyü işlərinin dəyəri fərdi qaydada hesablanır və istifadə edilən materialların növündən, damın konstruksiyasının sahəsindən və mürəkkəbliyindən, obyektin uzaqlığından və bir çox digər amillərdən asılıdır.


Yuxarı