Hər hansı bir ölkənin sabit inkişafı birbaşa olaraq, onun isdehsal etdiyi məhsulların yüksək rəqabətliliyindən asılıdır ki, bu da öz növbəsində keyfiyyətə nəzarətdən, yəni sınaq laboratoriyalarının səviyyəsindən asılıdır. Analitik laboratoriyaların fəaliyyətnin xüsusiyyəti onların səriştəliliyinin tanınması üçün səciyyəvi bir sistemin mövcudluğunu tələb edir. Onların akreditasiyası sınaq laboratoriyalarının akreditasiyasına ümumi yanaşmaları və aparılan analitik təhlillərin xüsusiyyətlərini özündə ehtiva edir. Bununla əlaqədar olaraq, aşağıda sadalanan beynəlxalq standartların tətbiq edilməsi də olduqca aktual səslənir:

1. Laboratoriyaların keyfiyyətnin idarə edilməsi və yeni yanaşmaların tətbiq edilməsi sistemi.
2. Keyfiyyətin idarə olunmasında laboratoriya-məlumat sisitemləri.
3. Müasir analitik avadanlıqlar və laboratoriyaların fəaliyyət proseslərinin avtomatlaşdırılması.

“Karvan-L” şirkətlər qrupunun laboratoriyası müntəzəm olaraq Azərbaycan Dövlət Standartlaşdirma Mərkəzində akreditasiyadan keçir.
Bu laboratoriya neft-kimya sahəsində, neft-kimya və orqanik sintez, habelə sintez məhsulları üzrə geniş çeşiddə təhlillərin aparılması məqsədilə müasir avadanlıqlarla təchiz olumuşdur. Xüsusilə də, “Karvan-L” şirkətinin laboratoriyasında naften turşularının analizi ilə yanaşı, eyni zamanda pentoftal, akril, vinilasetat, poliuretan və digər plyonka-yaradıcı kley kompozisiyalarının , sikkativlərin, alkid komponentləri, alkil və poliuretan minaların və emulsiyaların, neft və suda həll olunan korroziya inhibitorlarının, de-emulqatorların, yanacaq çöküntülərinin, neft həlledicilərinin, aromatik zülalların, emal edilmiş yanacaq və yağların, birki yağlarının, analoji istehsalat nəticəsində əmələ gələn lay sularının analizlərini də həyata keçirmək mümkündür.


Yuxarı