EKO KƏRPİC:
Kirəmit kərpici on illərlə tarixə malik ənənəvi tikinti materialıdır. Gildən hazırlanan bu xammal hazır məmulatlara ekoloji təhlükəsizlik və möhkəmlik verir. Tikinti sahəsində innovasiya zənginliyinə baxmayaraq, kərpic əvvəlki kimi ən etibarlı material hesab olunur və yüzillərlə mövcud olan evlər bunun sübutudur.

KİRƏMİT KƏRPİCİN ÜSTÜNLÜKLƏRİ:

Uzunmüddətli istismar
Geniş çeşiddə rəng uyğunluğu
Ümumiyyətlə kərpic rəngi hamı tərəfindən qəbul olunsa da, kərpiclər şaftalı və qəhvəyi, sarı və bej rənglərdə, eləcə də başqa çalarlarda ola bilər. Üzlük kərpic çox maraqlı çalarlara malikdir, eyni zamanda onu boyamaq də mümkündür.

Ölçülərin variantlığı
Düzmənin asanlığı
Ekoloji təhlükəsizlik

Bu material insana və təbiətə heç bir mənfi təsir göstərməyən gildən hazırlanır.

Yüksək səviyyədə səs izolyasiyası
Kərpic tikililər məkanı səs-küydən yaxşı izolyasiya etmək qabiliyyətinə malikdir.

İstiliyi uzun müddət saxlama qabiliyyəti
KARVAN-L EKO KƏRPİC ZAVODU
“KARVAN-L EKO” kərpic istehsalı zavodunda xammal olaraq şirkətin şəxsi yatağından çıxarılan gildən istifadə olunur. Zavodda istehsal edilən tikinti materialları bütün tələblərə və normalara cavab verir. Bu materiallar başqa növ tikililərin müxtəlif texnologiyalar üzrə inşasında da istifadə olunur. İstehsalın kompleks şəkildə idarə edilməsi və müasir avadanlıqların tətbiqi sayəsində məhsul möhkəmlik, suyu hopma, istilikkeçirmə və şaxtaya davamlılıq üzrə optimal texnoloji və istismar xarakteristikalarına malikdir.

KARVAN-L EKO KƏRPİC ZAVODU RƏQƏMLƏRDƏ:

Kərpic zavodunun sahəsi 50 000 м²-dən çoxdur;
Yüksək keyfiyyətli kirəmit məhsullarının istehsalı üzrə unikal texnologiya xətti;
Şəxsi müasir laboratoriya;
Zavoddan 2 kilometr məsafədə şəxsi karxana;
Xammalın hasilatı və nəqli üzrə ən yeni avadanlıq;
İstehsalın bütün mərhələlərində keyfiyyətin yoxlanılması;


Yuxarı