“KARVAN-L” şirkəti şirkət mütəxəssisləri tərəfindən hazırlanmış müvafiq proqram çərçivəsində müxtəlif tullantı növlərinin emalı və utilizasiyası sahəsində işlər həyata keçirir. Tullantıların emalı və utilizasiyası mühüm ekoloji və iqtisadi vəzifədir. Tullantıların utilizasiyası problemi ölkəmiz üçün səciyyəvidir, çünki kimya sənayesinin inkişaf etdiyi illər ərzində anbarlarda, poliqonlarda, qəbristanlıqlarda xeyli miqdarda işlənmiş təhlükəli məhsul yığılıb qalmışdır. “KARVAN-L” şirkətinin özünün kimya istehsalatı da tullantıların düzgün utilizasiya olunması məsələsini aktual edir.

“KARVAN-L” şirkəti bu istiqamətdə fəaliyyətini 2008-ci ildə BP şirkəti ilə istənilən kateqoriyadan olan tullantıların utilizasiya olunmasına dair müqavilə bağlayaraq qurmağa başlamışdır.

Şirkətimiz tullantıların tərkibinə uyğun olaraq müxtəlif texnoloji üsullardan istifadə etməklə tullantıların emal edilməsi və məhv edilməsi ilə bağlı xidmətlər təklif edir. Bütün aparılan emal və utilizasiya prosesləri təhlükəsizlik normalarına ciddi şəkildə əməl etməklə xüsusi qurğularda yerinə yetirilir.

Şirkətimiz aşağıdakı tullantıların emal edilməsi və utilizasiya olunması ilə məşğul olur:

Kimvavi tullantılar
Məişətdə və istehsalatda istifadə olunan təkrar xammal atmosferə hər hansı bir zərər vurulmadan emal edilir. Bu prosesin əsasını emal edilən qarışıq və suspenziyaları kristallizə etməyə və əritməyə imkan verən fiziki – kimyəvi proseslər təşkil edir.

 

 

 

 

Metallar və metal tullantıların hissələri

Metal tullantılar qara və əlvan metallardan ibarət olur, onlar partlayış təhlükəli, kimyəvi, radioaktiv və yanğın təhlükəli olurlar. İstənilən digər tullantılar kimi metal tullantılar da ekologiya üçün zərərlidir. Ona görə də metal tullantılar vaxtında, tam və keyfiyyətli şəkildə toplanıb utilizasiya olunmalıdır.

 

 

 

Vaxtı keçmiş elektrik kabelləri

Kabel istehsalında əlvan metalların qiymətli növləri – alüminium, qurğuşun, mis tətbiq edilir. Metalların təkrar emalı üçün köhnə güc kabellərindən istifadə etmək həm iqtisadi cəhətdən sərfəlidir, həm də ekoloji baxımdan daha təhlükəsizdir. Şirkətimizdə kabellərdən çıxarılmış metal qırıntılarını təkrar emal etmək üçün xətlər yaradılmışdır və aktiv şəkildə istifadə edilir, hazırlıq keçmiş mütəxəssislərimiz var. Metallarla yanaşı dolaqlar da təkrar emaldan keçir.

 

 

Ağac və ağac tullantıları.

Ağac mexaniki işlənməyə məruz qalır, burada avadanlığın seçilməsi ağac tullantısının növündən asılıdır. Ağac emal prosesindən keçir və ağac məmulatları və qablaşdırma istehsalında və ya taxta kəpəyi tətbiq etməklə inşaatın başqa sahələrində istifadə olunan tikinti materialları alınır.

 

 

 

Lak və boya tullantıları

Lak-boya tullantılarının emalı və utilizasiyası bir neçə metodla həyata keçirilir. Birincisi, xüsusi avadanlığın köməyi ilə tullantıları tam dağıdana qədər destruksiyanın baş verdiyi plazma utilizasiyası. Lak-boya materiallarına daxil olan maddələrin dağılması nəticəsində sintez olunmuş qaz əmələ gəlir. İkincisi, zərərli maddələrin distillə olunaraq rektifikasiyadan keçdiyi regenerasiya prosesi. Bu zaman bərk tullantılar qalır ki, onlar da sonra yandırılır. Bəzi məmulatları alternativ yanacaq olaraq istifadə etmək olar. Bu üsul iqtisadi baxımdan sərfəlidir və sənaye, nəqliyyat müəssisələri üçün rahatdır.

 

 

Məişət tullantıları

Böyük şəhərlərdə əhalinin məişət fəaliyyəti nəticəsində istehlak sahəsinin tullantıları – kağız tullantıları və şüşə, evdə istifadə olunan xarab olmuş əşyalar, cari təmirdən sonra qalan inşaat zibili, sınıb sıradan çıxmış məişət texnikası toplanır. Müəssisəmizdə məişət tullantılarının utilizasiyası dəqiq müəyyən olunmuş normalara və standartlara uyğun olaraq həyata keçirilir.

 

 

 

Plastik tullantılar

Plastik materialların və tullantıların emalına plastik tullantılarını sonradan plastik boru və müxtəlif plastik məmulat istehsal olunması üçün istifadə edilən plastik dənələrini emal edən xətt daxildir.


Yuxarı