Naften turşuları neftin ümumi formulu CnH2n-202 (burada n=5+22) olan turşutərkibli birləşmələrinə aiddir. Onlar neftin tərkibində praktiki olaraq bütün növ karbohidrogen turşuları ( alkan, aromatik vo naften) kimi təmsil olunurlar.

Naften əsaslı Bakı neftindən alınan neft turşuları öz tərkibinə və fıziki- kimyəvi əlamətlərinə görə təbii naften turşularıda adlandırılır.

Naften turşularının əsas mənbəyi Binəqədi, Bibi-Heybət, Ramana, Sabunçu, Balaxanı və digər yataqlardan çıxanlar Bakı neftidir. Bunlar öz kimyəvi xassələrinə görə tipik karbon turşularıdır.

Neytrallaşdırma zamanı onlardan müxtəlif duzlar əmələ gəlir ki, bunlardan da qələvi duzları suda yaxşı əriyir.

Naften turşularının alınmasının sənaye üsulu bu xüsusiyyətə əsaslanır.

Ekoloji cəhətdən təmiz, neytral yağlardan və pis qoxudan təmizlənmiş, 99,0-99,5%-li naften turşuları əldə etmək məqsədi ilə xam naften turşuları xüsusi təmizlənmədən sonra distillə edilir. Distillə nəticəsində şəxsi texniki şərtlərin, əsas istehlakçının tələblərinə uygun gələn distillə edilmiş naften turşuları almaq mümkün olur.

Mılonaft, asidol-mılonaft, yağsızlaşdırılmış və yağsızlaşdırılmamış asidol istehsal edilir.

Distillə edilmiş naften turşularının tətbiq sahələri

Naften turşuları və onlardan alınan məhsullar xalq təsərrüfatının 40-dan çox sahəsində istifada edilir.

Qurğuşun, manqan, kobalt, sink, dəmir, alüminium, xrom duzları formasında, eləcə də başqa törəmə məhsullar şəklində naften turşuları sikkativiərin. lakların, boyaların hazırlanması üçün tətbiq edilir.

Sərbəst naften turşuları mətbəə boyalarının tərkibində onların axıcılığını yaxşılaşdıımaq, anilin boyayıcılarının həlledicisi qismində, ağacı çürümədən qoruyan. şpala hopdurulan material qismində istifadə edilir.

Naften turşuları istər sərbəst, istərsədə müxtəlif törəmə formasında effektiv funqisid, insektisid, bakterisid və çürüməyə qarşı effektiv xassələrə malikdir. Buna görə onlar alaq otları, bitkilərin ziyanvericiləri ilə mübarizədə ağaca, yelkən parçalarına, kisə materialına kəndirlərə brezent hopdurulmaq üçün rütubətin, bakteriyaların, zərərvericilərin və b. təsirinə məruz qalan balıqçı torlarının ve bunlara bənzər başqa şeylərin qorunmasında praktiki cəhətdən əhəmiyyətlidir. Naften turşularının qurğuşun, xrom, kobalt, manqan duzları yanacaqlara, reaktiv yanacaqlara və yağlara antiseptik. antioksidləşdirici, antiərpbağlama, antidetonasion, antiköpük aşqarlar kimi əlavə edilir.

Naften turşuları əsasında təbii dərilərin və xəzin yağlanması və emulqasiyası üçün kəsici dəzgahların soyudulması üçün, təzyiq altında işləyən maşınlar üçün konsistent sürtkü yağları, neft və yağ emulsiyalannı dağıdan deemulqatorlar istehsal edilir.


Yuxarı