Mədəndən hasil olan xam neftin tərkibində adətən 20-30 %, bəzi hallarda isə 60-65% su olur. Bu suların tərkibində 0,01%dən 1-2%-ə dək olan duzlar neftin qatılığını artırmaqla stabil emulsiya yaradaraq neftin nəqlini və emalını yararsız edir. Neftlə hasil olan su neftin tərkibində emulsuiyalaşmış halda və mexaniki şəkildə olur. Emulsiyanın dayanıqlılığının başqa səbəblərindən biri də, onun tərkibində, su damlalarının səthində yeterincə möhkəm təbəqə yaradaraq onu neftdən ayırmağa və ya həll olmağa imkan verməyən: – parafin, asfaltenlərin, qətranların həmçinin, bərk maddələrinin olmasıdır (qliserin, parafin mikrokristalları, serezin və s.)

Hazırki zamanda suyu və duzların neftən ayrılması fiziki, isdilik, fiziki kimyəvi, elektrik və birləşdirilmiş metodlar vaistəsi ilə həyata keçirilir.

Effektiv və daha çox isdifadə edilən yollardan biri kimyəvi reagentləri demulqatorlar ilə fiizki- kimyəvi metodudur.

Demulqatorlar yüksək səthi aktiv maddələrdən ibarətdir. O fazalar arasında su damcılarını, bərk maddələri olan konsendantların sərt təbəqələrini dağıdaraq onların elektrikləşməsini neytrallaşdırır. Bundan sonra kiçik damlalar cazibə təsiri altında birləşir və neftdən ayrılaraq çökürlər.

Neftin demulsasiyası neft emalı və neftayırma zavodalarında tətbiq edilir.

Mədən demulsasiyasısı qurğularında əksər hallarda neft sulardan və duzlardan tam ayrılmır. Tərkibində adətən 1-2% su, 70-150 ml/l isə su qalır. Buna görə də neftayırmada iki qat demulsasiya həyata keçirilir.

Suyun və duzların qalması neft emmalını çətinləşdirir. Böyük miqadarda su buxarı rektifikasiya prosesini pozur. Xlorlu duzlar , hidroliz ederək kalsium və maqnezium duzları turşu yaradır ki, bu da metal qurğuları korroziyaya uğradır. Kondensatorlarda, istilik dəyişdiricilərində, sobaların keçiricilərinin üzərində təbəqə yaradaraq, iş rejimini çətinləşdirir.

Neftdən suyun ayrılması və duzsuzlaşdırılması məqsədi ilə bir çox demulqatorlar hazırlanıb. Ancaq hər birinin bir çox çatışmamazlıqları vardır ki, bunlar da böyük demulqator sərfi, aşağı effektivliyi, toksikliyi və ən əsası bahalılığıdır.

“Karvan-L” şirkəti demulqatorlar isdehsalında olan çatışmamazlıqları aradan qaldırmaq üçün ekoloji təmiz yerli xammal əsasında hazırlanmışdır. Demulqator hazırlanması neftin tam sulardan, duzlardan effektiv şəkildə ayrılmasına və minimal sərfinə arxalanıb.

Hal-hazırda “ Karvan-L” şirkəti kəşf isdehsal və tətbiq demulqator isdifadəçisi ilə birgə vahid iş tsiklinə nail olmağa çalışır.

Demulqator Karvan 200 ilkin hazırlıq və oplama prosesində neftin sudan və duzlardan azad olmasında isdifadə olunur. Həmçinin raagent kooreziya prosesinin ingibitorlarşdırılmasına da yarlıdır.

Demulqator 201 yüngül və ağır neftdən emulsiyanın ayrılması üçün nəzərdə tutulur. Orqanik həlledici mühitdə poliqlikol və azot tərkibli üzvi aktiv maddələrdən ibarət kompozisiya təşkil edir. Demulqator tam fazalara ayrılmamanı təmin edir.


Yuxarı