Təyinatı: Ağacın, parçaların, kəndirlərin və tez-tez rütubətin, bakteryaların, ziyanvericilərin təsirinə məruz qalan başqa məmulatların çürüməyə qarşı davamlılığını artırmaq üçün onlara hopturulur. Ümumi formulası: ( RCOO) 2 Cu. Orta malekulyar çəkisi 492-510. Tərkibindəki misin ( CU 2) miqdarı: 9% Əmtəə şəkli: miss- naftenatın 9%li ( misə görə) uayt-spirti məhlulu. Çürümə eleyhinə tərkiblər üçün miss- naftenat( QOST 9549-80) tərkibinə bərk karbohidrogenlər əlavə edilmiş naften turşularının miss duzudur. Naqillərin, kabel ipliyinin, kağızın və başqa materialların hopturulması üçün hazırlanan tərkiblərdə anti- septik maddə kimi tətbiq edilmək üçün nəzərdə tutulmuşdur. Miss naftenatın zəmanətli saxlama müddəti hazırlandığı gündən bir ilə bərabərdir.


Yuxarı