“Karvan-L” MMC Bakıda və Azərbaycanın digər şəhərlərində yanacaqdoldurma stansiyalarının layihələndirilməsindən tutmuş onların istismara verilməsinə kimi, müxtəlif xidmətləri həyata keçirir. Biz yeni obyektlərin yaradılması və modernləşdirməyə ehtiyacı olan yanacaqdoldurma stansiyalarının yenidən qurulması xidmətlərini də göstəririk.

Müəssisəmiz bizi rəqiblərimizdən fərqləndirən bir sıra üstünlüklərə malikdir:

– Peşəkarlardan ibarət komanda;

– operativ iş;

– göstərilən xidmətlərə uyğun qiymət;

– fərdi yanaşma;

– yüksək səviyyəli yanacaqdoldurma stansiyalarının layihələndirilməsi üçün müasir avadanlıqlar;

– göstərilən xidmətlərin yüksək keyfiyyəti.

Şirkətimizin fəaliyyəti müddətində Azərbaycanın Bakı, Gəncə və digər iri şəhərlərində yanacaqdoldurma stansiyalarının layihələndirilməsi sahəsində lider olduğumuzu sübut edə bildik.

“Karvan-L” MMC şirkəti Bakı şəhərində və ölkənin digər rayonlarında tam təhlükəsiz, müasir yanacaqdoldurma stansiyaları təsis edir. Yanacaqdoldurma stansiyalarının layihələndirilməsi zamanı bizim mütəxəssislər ən son kompüter texnologiyalarından istifadə edir.

Bizim güclü texniki istehsal bazamız və səriştəli və yüksək ixtisaslı mütəxəssislərimiz müxtəlif səviyyəli yanacaqdoldurma stansiyası layihələrini həyata keçirir.

Odur ki, siz bütün layihə və tikinti işlərinin keyfiyyət və həyata keçirilmə sürətinə arxayın ola bilərsiniz, bizim müştərilər layihənin istənilən mərhələsində işin gedişatına nəzarət etmək imkanına malikdirlər. Bütün mərhələlərdə siz layihələndirmə prosesinə nəzarət etmək, eyni zamanda bu prosesdə iştirak edərək öz düzəlişlərinizi irəli sürə bilərsiniz. Şirkətimiz yanacaqdoldurma stansiyalarının tikintisi sahəsində etibarlı tərəfdaş olduğunu sübut etmiş və bu günə kimi “AZPETROL” şirkətinin 12 yanacaqdoldurma stansiyasını istismara vermişdir.


Yuxarı