Möhkəmləndirilmiş tripleks — bir neçə möhkəm şüşə qatdan ibarət çoxlaylı materialdır. Məhz belə tripleks davamlılıq, təhlükəsizlik və uzunömürlü istismar müddəti kimi yüksək texniki xüsusiyyətlərə malikdir.

Möhkəmləndirilmiş tripleks şüşə döşəmə və pillələr, qapılar və giriş elementləri, pilləkən məhəccərləri və eyvanlar, habelə şüşə günlüklərin hazırlanmasında istifadə olunur. İki şüşə arasına nazik təbəqə yerləşdirilir. Şüşə laminasiya (tripleks) sobasına qoyulur və vakuumun yaranması məqsədilə içəridəki hava çıxarılır. Müəyyən müddət ərzində şüşə lazımi temperatura qədər qızdırılır. Bu zaman aradakı nazik təbəqə əriyir və şüşələrin bir-birinə yapışması baş verir. Tripleksi bir-biri ilə xüsusi polimer təbəqə vasitəsilə birləşən 3 və ya daha artıq şüşə qatdan hazırlamaq olar. Çoxlaylı konstruksiyaların ən əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar dağılma zamanı təhlükəsizdir və şüşə qəlpələrin meydana gəlməsi təhlükəsi yoxdur.


Yuxarı