Təhlükəsiz şüşə tələb olunan məkanlarda, eləcə də yaşayış evlərinin fasadlarının və arakəsmələrin, qapıların, eyvan məhəccərlərinin, pilləkən marşlarının və s., şüşələnməsi məqsədilə, eyni zamanda laminasiya olunmuş şüşələrin istehsalında tətbiq olunur.

Zərbə zamanı möhkəmləndirilmiş şüşə təhlükəsiz toz şəklində ovulub-tökülür. Möhkəmləndirilmiş şüşə təhlükəsiz şüşə növlərindən biridir. “Karvan-L” MMC-də şüşənin möhkəmləndirilməsi prosesi müasir üfüqi şüşə bərkitmə sobasında həyata keçirilir və texnoloji proses kompüter vasitəsilə idarə edilir. Termik emal nəticəsində şüşə möhkəmlənir. Möhkəmləndirilmiş şüşənin işıq buraxma xüsusiyyəti istifadə olunan cari xammalın xüsusiyyətlərindən fərqlənmir.

Möhkəmləndirilmiş şüşənin əsas səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:

– Dağılma zamanı möhkəmləndirilmiş şüşə insanlara ciddi şəkildə xəsarət verməyəcək dərəcədə kiçik qəlpələrə parçalanır.

– Möhkəmləndirilmiş şüşənin əyilməyə qarşı davamlılığı 2 dəfəyədək artırılır.

– Adi möhkəmləndirilməmiş şüşə ilə müqayisədə, möhkəmləndirilmiş şüşənin mexaniki təsirlərə qarşı davamlılığı 5 dəfə artıqdır.

– Temperatur dəyişikliklərinə qarşı davamlılıq.

Beləliklə möhkəmləndirilmiş şüşədən hazırlanmış məmulat ən yüksək təhlükəsizlik tələblərinə cavab verir.


Yuxarı