Çoxillik təcrübə və müasir texnologiyalara əsaslanan istehsal fəaliyyətimiz dizayn fantaziyalarınızı həyata keçirərək. Sizin bənzərsiz və təkrarolunmaz interyer üslubunuzu yaradaraq bizə müxtәlif konstruksiyalı şüşə qapılar hazırlamağa imkan verir. Zərif xarici görünüş, təhlükəsizliklə həmahəng estetika və keyfiyyət şüşə qapıları ev və ofis interyerinin ahəngdar elementinə çevirəcəkdir. Şüşə qapıların hazırlanması ilə yanaşı onların sizin məkanda quraşdırılmasını da təklif edirik.

Əgər siz şüşə qapı əldə etmək istəyirsinizsə, biz sizə həm hazır məhsullar həm də layihələndirilmədən tutmuş yerində quraşdırma işlərinə kimi müxtəlif konstruksiyalı qapıların fərdi sifariş əsasında hazırlanmasını təklif edirik.

“Karvan-L” şirkətinin şüşə qapıları konstruksiyaların müxtəlifliyinə və müstəsna zərifliyə malikdir.

Qatlama qapıların əsas üstünlüyü ondan ibarətdir ki, onlar quraşdırıldıqları qapı yerinin tam olaraq açılmasını təmin edirlər, siyirmə qapılar isə qapı yerinin demək olar yarıdan çoxunun açılmasına imkan verir. Açılma zamanı qapı tayları yana çəkilir və onlar çərçivə kənarlarına 90 dərəcə bucaq altında olmaqla, paketdə yığılır və bu zaman qapı yerinin əsas hissənin açılmasına şərait yaranır.

Otaqlararası qapıların quraşdırılması zamanı məkanın vizual olaraq genişlənməsi və əraziyə qənaət edilməsi məqsədilə, sizə qatlama qapılardan istifadə etməyi tövsiyə edirik. Mənzildə yaşayan sakinlərin yerləşdirilməsi zərurəti yaranan zaman qatlama qapıların köməyi ilə otağı iki hissəyə ayırmaq olar.

Şirkət həm Bakıda, həm də Ağstafada müxtəlif rəng çalarlarına malik olan plastik pəncərələrin hazırlanması ilə məşğul olur. Bizim plastik pəncərələr dözümlülük, oda, nəmişliyə və temperatur dəyişikliyinə davamlılıq kimi səciyyəvi xüsusiyyətlərə malikdir.

Bir zənglə dərhal bir neçə problemi həll edə bilərsiniz – biz sizə şüşə paket seçməyə kömək edir, ödənişsiz ölçmə işlərini həyata keçirir, zəmanətli şəkildə plastik pəncərələrin montajını həyata keçirir və Sizin istəyinizə uyğun olaraq texniki servis xidmətini icra edirik!

Plastik pəncərələrin qiyməti.

Plastik pəncərələrin hazırlanma qiyməti aşağıda qeyd edilən bir neçə amildən asılıdır:

– İstehsalçı

– Materialların keyfiyyəti

– profil

– kameraların miqdarı

Şüşə və profilin keyfiyyəti sistemin etibarlılığını və uzunömürlülüyünü müəyyən edir. Müasir plastik qapılar təkcə binaya/ofisə/evə/tivarət mərkəzinə giriş funksiyasını yerinə yetirmir, onlar eyni zamanda mükəmməl şəkildə xarici görünüşü tamamlayır, istini saxlayır və səsdən mühafizə edir. Qapılar əlavə olaraq ton verilmiş şüşələr, kilidlər, qapı mexanizmləri və s., ilə tamamlana bilər. Məşhur firmaların qapı modelləri cəlbedici, istifadədə rahat və etibarlıdır. Kip örtülmüş plastik qapılar sayəsində soyuq qışın isti və rahatlığını və asanlıqla hava dəyişmə rejimində isə quraşdırılan plastik qapılarla isti yayın sərinliyini hiss edin!

Avtomatik qapılar

Avtomatik idarə olunma sistemi ilə (avtomatika) təchiz olunan qapılar binaların müasir memarlıq üslubuna asanlıqla daxil olmuşdur. Onların köməyi ilə bir çox texniki məsələlərin həlli üçün imkan yaranmışdır. Avtomat idarəetmə mexanizmi ilə quraşdırılmış şüşə qapılar çox məşhurdur və funksionallıqları və müstəsna xüsusiyyətlərinə görə onların hazırlanmasına olan tələbat günü-gündən artmaqdadır.


Yuxarı