Bu gün Karvan-L müxtəlif növlü şüşələrdən – bir kameralı və ikikameralı, mürəkkəb həndəsi formalı, dekorativ tərtibatlı, rəqəmsal möhürlü, enerjiyə qənaət edən, günəşdən qoruyan, multifunksional, möhkəmləndirilmiş, laminasiya edilmiş, yanğına davamlı şüşələrdən istifadə etməklə, müxtəlif səviyyəli şüşə paketlər təklif edir.

Standart şüşə paketlər

Bizim iqlimin xüsusiyyətlərinə cavab verən standart şüşə paketlər bir və ya iki kameralı olur, yəni müvafiq olaraq, bir və ya iki şüşədən ibarət olur.

Birkameralı şüşə paketlərdən (24 – 32 mm enində) məqsədəuyğun şəkildə artıq şüşə salınmış lociya/eyvan kimi yerlərə açılan məkanları, bağ evlərini, qeyri-yaşayış məkanlarını və s., şüşəbəndləşdimək məqsədilə istifadə etmək məqsədəmüvafiqdir. Enerjiyə qənaət edən və ya multifunksional şüşələrin istifadəsi zamanı bir kameralı şüşə paketlər özlərinin istiliyi saxlama xüsusiyyətlərinə görə standart iki kameralı şüşə paketlərlə bənzərlik təşkil etsə də, səs izolyasiyası məsələsində onlardan geri qalır.

İki kameralı şüşə paketlər (32 — 40 mm enində) yaşayış evlərinin, uşaq bağçaları və səhiyyə ocaqlarının, yəni istiliyin saxlanması və səs izolyasiyası ilə bağlı yüksək tələblərin olduğu məkanlarda istifadə olunur. Hər bir mərhələdə şüşə paketlərin keyfiyyətinə ciddi şəkildə nəzarət olunur, çünki hətta ən əhəmiyyətsiz xəta belə şüşə paketin lazım olan parametrlərə malik olmasına maneə törədə bilər.


Yuxarı