Şüşə hasar daş, ağac, metal, keramik lövhələr və beton elementlərlə mükəmməl şəkildə uzlaşdığından,ciddi minimalizm üslubundan tutmuş dəbdəbəli ampir üslubunadək bütün dizayn üslublarında gözəl görünür. Şüşə hasarlardan bir qayda olaraq, interyerdə pilləkən boşluqlarında, meydançalarda, daxili keçidlәrdә, eləcə də daxili eyvan və terrasların dizaynında, ictimai və Kommersiya tipli binaların atriumlarında istifadə olunur.

Onlar sadə və qeyri-adi görünür və minimal ərazi tuturlar. Eksteryerdə şüşə hasarlar eyvan və verandalara, körpü və keçidlərə, hasar və çəpərləyici konstruksiyalara zərif və nəfis görüntü bəxş edir. Çoxmərtəbəli binaların terraslarında quraşdırılmış şüşə məhəccərlər olduqca zərif görüntü yaradır. Daxili tirləri olmayan şəffaf konstruksiya çəkisizlik və yüngülləşdirici təsir bağışlayır və maneəsiz şəkildə şəhər mənzərəsindən zövq almağa imkan verir.

Hovuz üçün şüşə hasar isə etibarlılıq və asan şəkildə başa gələn konstruksiya deməkdir.

Evin ətrafındakı açıq hovuzla artıq heç kəsi təəccübləndirmək mümkün deyil. İlk illәrdә çoxları gözəl şəkildə tərtib olunmuş hovuzla kifayətlənirdilərsə, bu gün insanlar daha çox rahatlıq və təhlükəsizliyi yüksəldəcək əlavə elementlərə maraq göstərirlər.

Hovuzun ətrafında quraşdırılan və vizual olaraq demək olar ki, nəzərə çarpmayacaq şüşə hasar istirahət zonasında geniş yayılmış problemləri asanlıqla həll etməyə imkan verəcək:

– 1 metr hündürlüyündə olan şüşə hasar azyaşlı uşaqların hovuza girişini məhdudlaşdıracaq və mərmər üzərində ayağı sürüşərək yıxılan şəxslərin hovuza düşməsinin qarşısını alacaq;

– Su ətrafa sıçramayacaq və orada dincələn və günəş vannası qəbul edən insanlara narahatçılıq yaratmayacaqdır;

– Ərazidə təmizlik işləri aparan zaman hovuzun әtrafındakı hasar toz və kiçik zibil qırıntılarının suya düşməsinin qarşısını alacaq;

– Hasar qoruyucu ekran vəzifəsini icra edir, küləyin gücünü azaldır və suda üzmənin rahatlığını yüksəldir. Artıq hava ilə doldurulmuş matrasları, oyuncaqları, baş geyimlərini külək aparmayacaqdır.


Yuxarı