Karvan-L şirkəti müxtəlif rəngdə və zövqdə xalis şüşədən hazırlanmış duş kabinələrinin hazırlanması və montajını təklif edir!

Siz sadə duş qapısı və ya duş arakəsməsindən tutmuş tamamilə şüşədən hazırlanmış duş otaqlarına kimi istənilən görünüşlü kabinә sifariş verə bilərsiniz. Biz bütün bunları fərdi sifariş əsasında hazırlayırıq və sizin istəklərinizi nəzərə almaqla (konstruksiya, ölçü, şüşənin rəngi və aksessuarın görünüşü) quraşdırırıq.

Şüşə duş kabinələri hamam otaqlarının tərtibatında yeni bir tendensiyadır. Duş arakəsmələrindən mehmanxanalarda, şəxsi evlərdə, saunalarda və s., yerlərdə istifadə olunur.

Duş kabinələri müxtəlif növdə (iki taylı və ya siyirmə qapılar), formada və ölçüdə ola bilər. Sizin seçiminizdәn asılı olaraq, şüşə hamar və ya qövsi, şəffaf, tutqun və ya ton verilmiş, şüşə tozu ilə işlənmiş və ya şəkilli ola bilər. Biz yalnız qalınlığı 8 mm olan təhlükəsiz möhkəmləndirilmiş şüşədən istifadə edirik.

Aksessuar qismində yüksək keyfiyyətli cilalanmış və ya hamarlanmış poladdan istifadə olunur. Yüksək texnoloji dəzgahlarda mükəmməl şəkildə emal olunan aksessuarlar təkrarolunmaz görünüşə malik olurlar.

Şirkətimizin duş kabinələrinin üstünlüyü təkcə onların bənzərsiz zərifliyi və unikallığında deyil, eyni zamanda onların danılmaz keyfiyyəti və məkana qənaət etmə xüsusiyyətindədir!


Yuxarı