Şüşə döşəmə – sizin qonaqları və ya müştəriləri təəccübləndirəcək, məkanı daha işıqlı və geniş görünəcəkdir.

“Karvan-L” MMC evlər, restoranlar və kafelər üçün şüşə döşəmələrin layihəsini işləyib hazırlayır və quraşdırma işlərini aparır. Materialın etibarlılığı ona ağır yükə davam gətirməyə imkan verir. Hərəkət, mebellərin quraşdırılması, bir nöqtədə cəmlənmiş yük, zərbə – bütün bunlar evlərin və ya ictimai binaların şüşə döşəməsinin dağılmasına və ya səthlərdə çatlaqların əmələ gəlməsinə səbəb olmur.


Sürüşmə təhlükəsinin olmaması. Şüşə döşəmə sizə istənilən ayaqqabıda sürüşmə təhlükəsi olmadan cəsarətlə yeriməyə imkan verir.

Gözəllik və zəriflik. Şüşə konstruksiyalar istənilən digər materialdan hazırlanmış məmulatlardan daha zərif və gözəl görünür. Vizual olaraq o məkanı daha geniş göstərir.

Şüşə döşəmə hər zaman öz effekti ilə seçilir. O, məkanın dizaynında əsas nəzərəçarpacaq element kimi insanların diqqətini cəlb edir.

Asan təmizlənmə. Aşındırıcı keyfiyyətlərə malik olmayan yuyucu vasitələrdən və yumşaq nəm parçadan istifadə etməklə, təmizlik işləri aparmaq kifayət edir.

Təhlükəsizlik. Konstruksiya yüksək keyfiyyətli şüşədən və metal elementlərdən hazırlanmışdır. Şüşə döşəmələrin hazırlanmasında insan sağlamlığı üçün zərərli və ya təhlükəli ola biləcək maddə və ya materiallardan istifadə olunmur.


Yuxarı