Şüşə dam örtüyü keyfiyyətli və etibarlı konstruktiv bir elementdir, onun köməyi ilə binanın ümumi interyerini əhəmiyyətli dərəcədə mükəmməlləşdirmək olar. Bu gün şüşə dam örtüyü ilə heç kəsi təəccübləndirmək olmaz, lakin bir neçə il əvvəl onun reallaşdırılması qeyri-mümkün və fantastik hesab olunurdu.

Bunun bir neçə səbəbi olsa da, əsas səbəb o idi ki, bir çoxları şüşəni hətta ətraf mühitin intensiv təsirindən belə sınıb-tökülməyə həssas və həddindən artıq kövrək material hesab edirdi. Lakin qeyd etmək lazımdır ki, bu fikir tamamilə yanlışdır, belə ki, şüşə istehsalı və emalı ilə bağlı müasir texnologiyalar sayəsində təkcə gözəl xarici görünüşə malik deyil, eyni zamanda ən ağır yükə belə davam gətirə biləcək keyfiyyətli, davamlı və təhlükəsiz material əldə etmək mümkündür. Ən müasir istehsal texnologiyalarının köməyi ilə Karvan-L şirkətinin mütəxəssisləri ən müxtəlif konstruksiyalı şüşə dam örtükləri istehsal edir.

Xüsusilə aşağıdakı formalara malik dam örtükləri istehsal olunur:

– Tağ

– Günbəz

– Adi düz dam örtüyü

– Çoxüzlü piramida

Müasir şüşə dam örtüyü müasir və kreativ memarlıq həllidir. Xüsusilə də GlassProff şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış belə konstruksiyalar istənilən tikilinin xarici görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və eyni zamanda onun kompozisiyasının tamlığını qorumağa imkan verir. Belə dam örtüyü binanı bəzəyərək və ona gözəl və eyni zamanda futuristik görüntü bəxş edərək, onu həm xaricdən, həm də daxildən mükəmməl şəkildə tamamlayır.

Şəffaf günbəz — öz formasına görə yarımkürəni xatırladan şüşə dam örtüyü və ya zenit fənərdir.

Günbəz müxtəlif növlü dam örtüklərində əyilmə bucağı 30° dərəcədən çox olmayaraq tətbiq olunur. Dam örtüyü və ya zenit fənər olmasından asılı olmayaraq belə formalı konstruksiyalar gündüz vaxtı daxili məkanların işıqlandırılması üçün ən yaxşı vasitə rolunu oynayır və onlar binanın istilik itkisini minimuma endirir.

Təcrübə əsasında sübut olunmuşdur ki, şəffaf günbəz adı pəncərədən 35-60% daha çox günəş işığını buraxır. Bu zaman günbəzdən düşən günəş işığı korluq effekti yaratmadan məkanda bərabər şəkildə paylanır. Bundan əlavə, şüşə günbəz dam örtükləri həm də çox füsunkar görünür, belə ki, iri metal tirlərin olmaması binaya yüngüllük və zəriflik bəxş edir.


Yuxarı