“KARVAN-L” şirkəti şüşə, plastik və müxtəlif şüşə və plastik kombinasiyalarından ibarət, eləcə də alüminium və plastik profillərdən hazırlanmış ofis arakəsmələri sistemi təklif edir.
Arakəsmələr həm tərpənməz, həm də açılan, habelə sürüşən elementlərdən hazırlana bilər.

Şirkətimiz çərçivəsiz stasionar arakəsmələrin, karkaslı stasionar interyer arakəsmələrinin, qapıların və şüşə konstruksiyaların hazırlanması və quraşdırılması ilə məşğul olur. Son günlərdə ofis məkanlarının dizaynında şəffaf şüşədən olan konstruksiyalardan daha tez-tez istifadə olunmağa başlanmışdır. Onlar vizual olaraq, otağın həcmini saxlamaqla, onu iki hissəyə ayırır və işıqlandırmaya qənaət edir.

Şüşə konstruksiyaların istehsalında DORMA, GMT, GCC və s., kimi məşhur brendlərin eksklüziv olaraq yüksək keyfiyyətli məhsullarından istifadə olunur. Nə dərəcədə mürəkkəb olmasından asılı olmayaraq, biz istənilən sifarişi qısa müddət ərzində və keyfiyyətli şəkildə yerinə yetiririk.


Yuxarı