Tikinti və ya təmir üçün digər materialların seçilmәsi ilə müqayisədə şüşə aksessuarlarının seçilməsi sifarişlərin yerinə yetirilməsi prosesində heç də az əhəmiyyətli mərhələ deyil.

Şüşə və güzgü aksessuarları özündə ümumi konstruksiyanın əhəmiyyətli köməkçi elementlərini ehtiva edir ki, onların keyfiyyəti birbaşa olaraq məmulatın funksionallığına və uzunömürlülüyünə təsir göstərir. Şirkətimizin malik olduğu çoxillik təcrübə bizə bu məhsulun bazardakı çoxsaylı istehsalçıları arasından “qiymət-keyfiyyət” nisbəti nöqteyi nəzərindən ən optimal variantı seçməyə imkan vermişdir. Biz şüşə və güzgülər üçün geniş çeşidli furnitur və aksessuarlar təklif edirik, bu məhsulların arasından siz müxtəlif növlü yarımşəffaf konstruksiyalar üçün furniturlar əldə edə bilərsiniz.

Şüşə-şüşə, şüşə-metal, şüşə-ağac kimi mövcud versiyalar xrom, tutqun xrom, bürünc, tutqun nikel, qızılı kimi rəng tonlarında latun, polad, paslanmaz polad və ya alüminium qatışıqlı metaldan istifadə etməklə təqdim olunur.


Yuxarı