Spayder şüşə salma sisteminin digər şəffaf konstruksiya üsullarından əsas fərqi lövhələr arasında dayaq çərçivə olmamasıdır ki, onların bərkidilməsi xüsusi mexanizm vasitəsilə həyata keçirilir. Bu texnologiyaya əsasən, şüşə burğu ilə açılmış dəliklər vasitəsilə və rutelin köməyi ilə spayderə bərkidilir ki, o da yüksək dayanıqlı poladdan hazırlanmış kronşteyndən ibarətdir. Müxtəlif forma və ölçüyə malik belə fiksasiyaedici elementlərin sayəsində, hesablanmış yük və dekorativ tərtibatla bağlı sifarişçinin istəklərinə cavab verən modeli seçmək imkanı yaranır.
Əgər məkanın termo- izolyasiyası tələb olunursa, bu zaman şüşə paketlər, digər hallarda isə tripleks və möhkəmləndirilmiş şüşədən istifadə olunur. Hazırlanmış sistemin bəndlərinin bərkidilməsi xüsusi hermetik vasitənin köməyi ilə həyata keçirilir.


Yuxarı