«KARVAN-L» şirkəti müxtəlif konstruksiyalı qış bağlarının layihələndirilməsi və tikintisini həyata keçirir: şəxsi evlərdə isti guşə, şəhərətrafı oranjereya, ofis binasının dəbli elementi.

Şəxsi evlərdə bağ istirahət etmək, bayram və ya görüşləri təşkil etmək üçün mükəmməl məkan ola bilər. Şüşə köşklər metal profillərin köməyi ilə yığıla bilər. Bundan əlavə onlar çərçivəsiz formada da tərtib oluna bilər. İstənilən tərtibatda belə tikililər bu gün ən orijinal tikililərdən biri hesab olunur. İstənilən ərazidə belə tikililərin forması mütləq şəkildə ətraf mühitə uyğun olaraq seçilir.

Bu da son nəticədə, ideal görüntünün əldə olunmasına səbəb olur. Ən geniş yayılmış üsullardan biri profilli köşklərdir ki, burada profil qismində paslanmaz poladdan borular və ya künclüklər istifadə olunur. Borular estetik cəhətdən yaxşı görünür, uzunömürlüdür və qulluq tələb etmir.


Yuxarı