Monoetilenqlikol (MEQ) və ya sadəcə Etilenqlikol (qlikol; 1,2-dioeksietan; etandiol-1,2), HO—CH2—CH2—OH — poliolların (çoxatomlu spirtlər) ən sadə nümayəndəsidir. O, təmizlənmiş halda cüzi yağ konsistensiyalı şəffaf rəngsiz mayedən ibarətdir. Bu maye qoxusuzdur və şirin dada malikdir. MEQ kimya, avtomobil, aviasiya, elektrotexnika, tekstil və neft – qaz sənayelərində tətbiq edilir və dünyada etilenqlikol istehsalının 41-45% sintetik poliefir lif və plyonkaların istehsalı üçün istifadə edilir. Etilenqkilolun geniş tətbiq edildiyi sahələrdən biri donmayan məhlullar, soyuq və istilik daşıyıcılarının istehsalı sahəsidir və o, nəqliyyat vasitələrinin mühərriklərinin soyutma sistemində istifadə edilən müxtəlif antifrizlərin istehsalı üçün əsas maddə rolunu oynayır. Etilenqlikol həmçinin hidravlik və söndürücü məhlullar, poliuretanlar, alkid qətranı və s., istehsalında da tətbiq edilir

Etilenqlikol (MEQ, monoetilenqlikol) – çoxatomlu spirt qrupunun nümayəndəsi olub, kəskin qoxusu və cüzi şirin dada malik kimyəvi reaktivdir. Bu maddə keton, su, aseton, spirt, skipidarda yaxşı, dietil efiri, toluol və benzolda orta səviyyədə həll olur. Bitki və heyvan yağları onda piss həll olur, parafin, kauçuk və mineral yağları isə ümumiyyətlə həll olmur. Su ilə təmas nəticəsində istilik ayrılır və bu zaman etilenqlikolun həcmi azalır

MEQin əsas kimyəvi – fiziki xassələri:

  • Molyar çəki – 62,068g/mol;
  • Optiki sınma əmsalı – 1,4318;
  • Alışma temperaturu – 124°С (yuxarı hədd) və 112°С (aşağı hədd);
  • Sərbəst alışma temperaturu – 380 °С;
  • Donma temperaturu ( yüz faizlik qlikol) – 22 °С;
  • Qaynama temperaturu – 197,3 °С;
  • sıxlıq – 11,113 q/sм3.

Etilenqlikolun tətbiqi

Bu maddənin sənayedə tətbiqi həqiqətən də çox geniş olduğuna görə ona təlabat həmişə yüksəkdir. Əsas tətbiq sahələrinə ilk növbədə aşağıdakıları aid etmək olar:

  • istilik daşıyıcıları və soyuducu məhlulların istehsalı.
  • sintetik qətran, polimer və digər məhsulların istehsalı üçün müxtəlif kimyəvi reagentlərin istehsalı.
  • Plastik butılkaların istehsalı.
  • Plastik butılkalar etilenqlikol, tereftal turşusu və katalizator kimi maddələrin birləşmələri nəticəsində əmələ gələn polietilentereftalatdan hazırlanır. Ondan həmçinin aşağıdakı məqsədlər üçün də istifadə edilir:
  • boya maddələrinin həll edilməsi üçün kimyəvi reagent kimi.
  • sintetik liflərin istehsalı üçün.
  • Hidravlik məhlulların istehsalı üçün.
  • Etilenqlikolun əsasını təşkil etdiyi məhlullar hidravlik avadanlıqlar, metallurgiya və metal kəsici maşınlar, ekskavatorlar, kombaynlar, avtomobillər və aviasiya texnikasının ötürücü və digər komponentlərinin yağlanması üçün tətbiq edilir.
  • Dərman maddələrinin istehsalı.

Etilenqlikol dərman maddələri və tibbi preparatların tərkibində istifadə edilən bir çox qiymətli kimyəvi məhsulların əldə edilməsi üçün tətbiq edilir.

Qeyd etmək lazımdır ki, bu maddənin toksikliyi əhəmiyyətli dərəcədə deyil və onun buxarlarının qısamüddətli udulması sağlamlıq üçün ciddi təhlükə törətmir. Lakin yüksək buxar konsentrasiyaları zəifliyə, goz qişası və tənəffüs yollarının qıcıqlanmasına səbəb ola bildiyinə görə bu maddə ilə işləyərkən ehtiyatlılıq və dəqiqlik tələb olunur.
Tətbiq sahəsi

Qiymətinin ucuz olmasına görə etilenqlikol texnika sahəsində geniş istifadə edilir.

  • Avtomobillərin istifadəsinin 60%ni təşkil edən antifriz və tormoz məhlullarının komponenti kimi.
  • Avtomobillərdə məhlul kimi istilik daşıyıcısı
  • Kompüterlərin maye soyutma sistemlərində
  • Selofan, poliuretan və bir sıra digər polimerlərin istehsalında
  • Boyayıcı maddələrinin həlledicisi məhlulu.
  • Yüksək temperaturlu məhlul kimi.

Tətbiq sahəsi

Bu kimyəvi reaktivin tətbiq sahəsi kifayət qədər müxtəlifdir.

Aşağı dəyərinə görə, etilenqlikol ilk növbədə sənayenin aşağıdakı sahələrində istifadə edilir:
– maşınqayırma (tosol, tormoz məhlulları, antifrizin istehsalı);
– tekstil (boya maddələrinin həlledici məhlulu);
– enerji (isitmə sistemlərində istilik daşıyıcısı);
– kimya (polimerlər olan selofan, poliuretanın istehsalı, yüksək temperaturlu məhlulların sintezi, metan hidratının əmələ gəlməsinin qarşısının alınması vasitəsi);
– elektrotexnika (obyektlərin donmasının qarşısını alan maddə, kondensatorların istehsalı, kompüterlərin maye ilə soyudulması sisteminin tərkib hissəsini təşkil edən komponent);


Yuxarı