Şirkətimiz tərəfindən tikilmiş istixanalar müasir və modernləşdirilmiş istixana qurğularının və tikililərinin bütün tələblərinə cavab verir. Biz Sizə şüşə, polikarbon, polietilen və kombinə edilmiş (kənarları polikarbonat, yuxarısı isə polietilen) istixanalar şəklində alternativ sistemlər təklif edirik. İsti qalvanizasiya üsulu ilə hazırlanmış metal konstruksiyalar uzun müddət korriziyaya davam gətirə bilir. Konstruksiyalar qaynaq üsulundan istifadə olunmadan montaj edilir. İstixanaların yuxarı hissəsi xüsusi olaraq möhkəmləndirilmişdir və 120-130 km/saat sürətə malik küləyə, eləcə də qarın ağırlığına tab gətirə bilir. İstixananın üst tərəfində havalandırma sistemi üçün nəzərdə tutulmuş pəncərə həm təktərəfli həm də ikitərəfli şəkildə dizayn edilə bilər. Biz eyni zamanda, avtomatlaşdırılmış idarəetmə və nəzarət sistemlərinə malik həm torpaqda becərilən həm də torpaqsız becərilən alternativ bitki becərmə sistemləri təklif edirik.


Yuxarı