Evin ətrafındakı açıq hovuzla artıq heç kəsi təəccübləndirmək mümkün deyil. İlk illәrdә çoxları gözəl şəkildə tərtib olunmuş hovuzla kifayətlənirdilərsə bugün insanlar daha çox rahatlıq və təhlükəsizliyi yüksəldəcək əlavə elementlərlə maraqlanırlar.

Hovuzun ətrafında quraşdırılan və vizual olaraq demək olar nəzərə çarpmayacaq şüşə hasar istirahət zonasında geniş yayılmış problemləri asanlıqla həll etməyə imkan verəcək:

– 1 metr hündürlüyündə olan şüşə hasar azyaşlı uşaqların hovuza girişini məhdudlaşdıracaq və mərmər üzərində ayağı sürüşərək yıxılan şəxslərin hovuza düşməsinin qarşısını alacaq;

– Su ətrafa sıçramayacaq və orada dincələn və günəş vannası qəbul edən insanlara narahatçılıq yaratmayacaqdır.


Yuxarı