Fransız eyvanı kifayət qədər açıq ərazisi olmayan məkanlarda çox orijinal memarlıq həllidir.

Belə eyvanlar Fransada küçələrin dar, evlərin layihələndirilməsi qaydalarının isə mükəmməllikdən uzaq olduğu zamanlarda məşhur idi. Əvvəlcə məxsusi əraziyə malik olmayan eyvan nəzərdə tutulmuşdu.

Başqa sözlə desək, bu elə bir dizayndır ki, burada yalnız divarda qapı yeri və məhəccər olmaqla, çöl tərəf sadəcə olaraq mövcud deyildir.

Qeyd etmək lazımdır ki, burada çoxsaylı memarlıq həlləri mövcuddur ki, onların heç də hamısı öz dizaynına görə fransız eyvanları deyil, lakin indi təmirçilər və dizaynerlər onları da bu siyahıya aid edirlər. Fransız eyvanı üçün ən orijinal hasarlama növü şüşə hasardır.


Yuxarı