Şüşənin haşiyələrini hamarlaşdırmaq məqsədilə onun kənarlarının işlənməsi prosesidir. Şüşə layları kəsildikdən sonra onların kənarları nahamar və sivri qalır ki, bu da ehtiyatsız davranış zamanı xəsarətlərə və hətta məhsulun özünün korlanmasına səbəb ola bilər.

Haşiyələrin cilalama və hamarlama üsulu ilə işlənməsi kifayət qədər əhəmiyyətli prosesdir, çünki bu zaman məhsulun təhlükəsizliyinə nail olunur və işlənmiş materialın kənarları nə uşaqları, nə də böyükləri zədələyir. Belə laylardan şəffaf divarların, arakəsmələrin, vitrinlərin və digər konstruksiyaların hazırlanmasında istifadə olunur ki, bu zaman şüşənin kənarları açıq qalır;

Davamlılıq – şüşələrin haşiyələrinin işlənməsi kütlədəki qalıq gərginliyi neytrallaşdırır və bunun sayəsində vibrasiya zamanı qopma və dağılma təhlükəsi aradan qalxır; cilalanmadan sonrakı estetik xarici görünüş isə şüşə kənarlarının hamar və parlaqlığını təmin edir ki,bundan mebel sənayesində geniş istifadə olunur.


Yuxarı