Şüşə fasadlar qeyri-məhdud ölçüyə malik istənilən müasir binanın cəlbedici xarici elementləridir. Onlardan istənilən ticarət, əyləncə və biznes mərkəzlərinin, avto salonların, çoxmərtəbəli yaşayış binalarının, fərdi evlərin, muzeylərin, hava limanlarının və s., xarici örtüyünün işlənməsində geniş istifadə olunur. Şüşə fasadlar sərhədsiz istifadə imkanlarına malikdirlər. Şüşə binaya bir sıra əhəmiyyətli xüsusiyyətlər olan bənzərsiz müasir xarici görünüş, uzunömürlülük, istiliyə davamlılıq, işıq keçirmə özəllikləri bəxş edir.


Yuxarı