“Karvan-L” MMC şirkətlər qrupu 2008-ci ildən “Karvan-L Glass” adı altında şüşə emalı və mürəkkəb metal konstruksiya zavodunun fəaliyyətinə start verib.

Həmin ildən etibarən şirkət tikinti sektorunda mürəkkəb konstruksiyalı və müasir dizaynı özündə birləşdirən metal-şüşə konstruksiya layihələri həyata keçirir. Bu günə kimi həyata keçirilən layihələrin arasında Dənizkənarı bulvarda yerləşən iaşə obyektləri, “Azpetrol” yanacaqdoldurma məntəqələrini, və Rusiyanın Mahaçqala şəhərində “Anji” stadionun fasad sisteminin yenidən konstruksiyası layihəsini görmək mümkündür. (layihə şəkilləri burda göstərmək).

Qeyd edək ki, Karvan L şirkəti Azərbaycanla yanaşı, bir neçə xarici ölkədə uğurlu layihələrə imza atmaqdadır. Buna nümunə olaraq, hal-hazırda hazırlıq işləri davam edən Dərbənd şəhərində tikilməsi nəzərdə tutulan “Balıq bina” (Unique Fish) layihəsidir. Təqdim olunan bu layihə ideya olaraq “Karvan-L” Şirkətinin təsisçisi və rəhbəri Əbülfəz Qafarov tərəfindən irəli sürülmüş və layihənin reallaşdırılması zamanı istifadə və tətbiq olunan bütün zəruri material və detallar “Karvan-L” Şirkətində hazırlanmışdır. Bununla yanaşı, zavodda şüşə emalına aid kəsim, cilalanma, polirovka, temper (düz, əymə), şüşə üzərində müxtəlif ölçülü dizayn, dəlik və naxışlar, sadə qumlama və dekor, gülləkeçirməz şüşələr, sadə laminasiya kimi çeşidli mürəkkəb sifarişlər peşəkar briqada tərəfindən yerinə yetirilir.

Qeyd edək ki, “Karvan Glass” dünyada ilk avtomatlaşdırılmış fasadyuma sisteminin yaradıcısıdır. Bu unikal qurğunun ideyasida Qafarov Əbülfəz Hənifə oğluna məxsusdur. Bu qurğudan istifadə edərək şəhərimizin hündür və şüşə fasadlı binalarını qısa vaxtda təmizləmək və orjinal görüntüsünü bərpa etmək mümkündür. Vaxta qənaət və əziyyətli işin asanlaşdırılması ilə bərabər Fasadyuma qurğusu ilə əldə edilən mükəmməl təmizlik şəhərimizin gözəlliyini qoruyub saxlanılmasına xidmət edir.

1993-cü ildə əsası qoyulan Karvan L şirkəri ötən dövr ərzində fəaliyyətini genişləndirərək müxtəlif sənaye sektorlarında fəaliyyət göstərən çoxprofilli təşkilata çevrilmişdir. “KARVAN-L” şirkətinin müəssisələrində istehsal olunan məhsullar Azərbaycan bazarının tələbatını təmin etməklə yanaşı, xaricə də ixrac edilir. Əsasən kimya sənayesi sahəsinə aid olan məhsullar Almaniya, İspaniya, ABŞ, Kanada, Argentina, Braziliya, Rusiya, Ukrayna, BƏƏ, Çin, Yaponiya və digər ölkələrə ixrac olunur.

Əlaqə: +994 55 214 48 77
Email: eko@karvanl.science
İnstagram: karvanlgroup
Xəbər linkləri:
Trend


Yuxarı