Bugün İndoneziya Respublikasının Azərbaycandakı Səfirliyinin nümayəndə heyəti, başda cənab səfir Dr. Husnan Bey Fananie olmaqla Qazax-Ağstafa regionuna işgüzar səfər proqramı çərçivəsində Karvan-L Eko sənaye parkını ziyarət etmiş və istehsal müəssisələriylə tanış olmuşdur. Səfərin məqsədi Azərbaycan və İndoneziya arasında qarşılıqlı ticari əlaqələri gücləndirmək və İndoneziya şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu artırmaqdır. Səfir son illər iqtisadi əlaqələrin daha da artmasını vurğulayaraq yerli sənaye parkı və müəssisələrin bu sahədə xüsusi rol oynadığını qeyd etmişdir.

Görülmüş işləri yüksək qiymətləndirən səfir şirkətə müvəffəqiyyətlər arzulamış və rəhbərliyi oktyabr ayında İndoneziyaya təşkil ediləcək işgüzar səfərə dəvət etməkdən məmnunluğunu bildirmişdir. Biz də Karvan-L Eko şirkəti olaraq cənab səfirə işgüzar səfərinə, bizimlə əməkdaşlığa olan diqqətinə, dəvətə və təqdim etdiyi xüsusi hədiyyəyə görə öz dərin təşəkkürümüzü bildiririk.


Yuxarı