Karvan-L Şirkətlər Qrupu 9-11 Aprel 2018 tarixlərində BƏƏ-nin Dubay əmirliyində Dubay Dünya Ticarət mərkəzind keçirilən Beynəlxalq Əmlak və İnvestisiya sərgisində xüsusi formada dizayn edilmiş stend və Qrupun rəhbəri Əbülfəz Qafarov tərəfindən hazırlanmış, dünyada analoqu olmayan – Balıq Mərkəzi *Fish Centre* layihəsini təqdim etmişdir. Sayca 13-cü olan bu sərgidə dünyanın bir çox yerindən xüsusən də regionun ən tanınmış Azizi, MAG, Dubai Properties, Emaar və digər bu kimi böyük şirkətləri iştirak edirdi. Təqdim olunan layihə çox böyük diqqət və marağa sahib olmuşdur.

Sərgidə göstərilən layihənin uzunluğu 100 metr və 3 mərtəbəli “Balıq Mərkəzi” nəinki şirkətlərin o cümlədən tanınmış arxitektor, memar və dizaynlərin də yüksək marağına səbəb olmuşdur. İlk Azərbaycan şirkəti olaraq belə bir mötəbər sərgidə iştirak etmək, Azərbaycandakı investisiya mühitinin əlverişliliyini layiqincə təbliğ etmək bizi çox qürurlandırdı. Bundan sonra da fəaliyyətimizi belə tədbirlərdə sərgiləmək və iqtisadiyyatımızı tərənnüm etmək əsas məqsədlərimizdən biridir.


Yuxarı