Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Karvan-L Şirkətlər Qrupunu ziyarət edib. Qrupdan azxəbərə verilən məlumata görə Qrupun prezidenti Əbülfəz Qafarov Əhməd Hamel Alqubaisini salamlayaraq dəvəti qəbul edib ziyarət etdiyi üçün təşəkkürünü bildirib.

Səfir unikal “Balıq Mərkəzi” layihəsi haqqında məlumatlandırılıb, müəssisənin həyətində tikilmiş real konstruksiyayla tanış olub. Qrupun rəhbəri 9-11 Aprel tarixlərdə Dubay Dünya Ticarət Mərkəzində keçirilən Beynəlxalq Əmlak və İnvestisiya sərgisində iştirak etdiyini və sərgilənən 100 metrəlik 3 mərtəbəli “Balıq Mərkəzi” layihəsinin nəinki şirkətlərin o cümlədən tanınmış arxitektor, memar və dizaynlərin də yüksək marağına səbəb olduğunu vurğulayıb.

İlk Azərbaycan şirkəti olaraq belə bir mötəbər sərgidə iştirak edərək BƏƏ və Azərbaycan şirkətləri arasında əlaqələrin inkişafına töhvə verməkdən məmnunluğunu bildirən Əbülfəz Qafarov ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq bağlarının möhkəm təməllər üzərində qurulduğunu da qeyd edib.

Səfir Karvan-L Şirkətlər Qrupu ilə BƏƏ-nin əməkdaşlığa maraqlı şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması üçün lazımi tədbirlərin həyata keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə eyni zamanda ikitərəfli ticari əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlıq perspektivləri, o cümlədən şirkətlərarası səfərlərin keçirilməsi və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Yuxarı